AZ

Qubad İbadoğlunun işi ilə bağlı yeni qərar

Qubad İbadoğlunun cinayət işi üzrə istintaq müddəti avqustun 20-nə qədər uzadılıb.
BUTA.TV xəbər verir ki, bu barədə Report-a onun qardaşı Qalib Toğrul məlumat verib. Bildirilib ki, həbs qətimkan tədbiri olmadığına görə, istintaq müddətinin uzadılması barədə qərarı istintaq orqanı özü verə bilər. Qeyd edək ki, məhkəmə ötən ay onun ev dustaqlığına buraxılması ilə bağlı qərara qəbul edib. Xatırladaq ki, Q.İbadoğlu Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 167-3.1-ci (dini ekstremist materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunur.

Onun barəsində ötən ilin iyulun 24-də Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdi.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
138
9
buta.tv

10Mənbələr