Braziliyada leysan yağışların səbəb olduğu daşqınlarda həyatını itirənlərin sayının 150-yə, itkin düşənlərin sayının isə 112-yə yüksəldiyi bildirilib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Belə ki, ölkənin cənubundakı Rio Qrande-du-Sul əyalətində iki həftədir davam edən yağışların səbəb olduğu daşqınlar səbəbindən can və mal itkiləri artır.
Açıqlamada yaralananların sayının 807-yə yüksəldiyi və seldən zərər çəkənlərin sayının 2 milyon 120 mini, köçkünlərin sayının isə 620 mini keçdiyi bildirilib. Fəlakət bölgəsindən 80 min insanın xilas edildiyi, axtarış-xilasetmə işlərinin davam etdiyi bildirilib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta