AZ

Rusiya ordusu xeyli itki verir – Zelenski Xarkovda

Ukrayna Prezidenti Voladimir Zelenski Xarkova gedib.

NOCOMMENT.az xəbər verir ki, dövlət başçısının “Telegram” hesabında verilən məlumata görə, Xarkov vilayətində, Volçansk və Liptsı rayonlarında əməliyyat vəziyyəti, vəzifələr və ehtiyaclar müzakirə olunub.

Həmçinin döyüş vəziyyətinin perspektivləri Ukraynanın Rusiyanın hücum planlarına qarşı çıxmaq imkanları ətraflı təhlil edilib.

Prezident qeyd edib ki, bu gündən Xarkovda vəziyyət ümumilikdə nəzarət altındadır, əsgərlərimiz işğalçıya xeyli itki verdirir.

Ukrayna dövlət başçısı əlavə edib ki, bu istiqamətdə döyüşlər çətin olduğu üçün bölmələrin gücləndirilməsi daim diqqətdə saxlanılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
149
48
nocomment.az

10Mənbələr