AZ

Ukrayna Xarkovu itirə bilər? – Zelenski çağırış etdi

Tarix: 16 May 2024 22:12

Vəziyyət çox ciddidir. Biz Xarkovu itirməklə razılaşa bilmərik.
Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Ukrayna lideri Vladimir Zelenski "ABC Nyus"a müsahibəsində deyib.
O bildirib ki, son bir neçə gündə yüzlərlə insan ölüb və ya yaralanıb.
Ukrayna prezidenti hazırda Xarkovda baş verənlərə görə ABŞ-ın günahkar olub-olmaması sualına belə cavab verib:
"Bütün dünyanın günahıdır. Onlar Putinə işğalı həyata keçirmək imkanı verdilər. Amma indi dünya kömək edə bilər".



Onun sözlərinə görə, Kiyevin bütün ehtiyacları iki "Patriot" sistemidir:
"Əgər "Patriiot"lar bizə gəlsə, Rusiya Xarkovu işğal edə bilməyəcək".
Milli.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
257
4
sonxeber.net

10Mənbələr