AZ

Heç kim fərqinə varmır, amma vəziyyət ağırdır - Zelenski

Cəbhədə vəziyyət ağır olaraq qalmaqdadır. Xarkovda Ukrayna qoşunları nəzarəti bərpa edə bildilər, bir həftə əvvəl durum olduqca ağır idi.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski “Röyters”ə müsahibəsində deyib.

“Ruslar Xarkovda yeni hücumlara başladığından cəbhədə vəziyyət olduqca ağırdır. Donbasda böyük döyüş dalğası gedir. Heç kim fərqinə varmır ki, ölkənin şərqində, məhz Donbas istiqamətində - Kuraxovo, Pokrovsk, Çasov Yarda böyük döyüşlər gedir”, - deyə dövlət başçısı bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
172
1
axar.az

10Mənbələr