AZ

Ukrayna Xarkovu itirə bilər? – Zelenski çağırış etdi

Vəziyyət çox ciddidir. Biz Xarkovu itirməklə razılaşa bilmərik.

Axar.az xəbər verir ki, bu sözləri Ukrayna lideri Vladimir Zelenski “ABC Nyus”a müsahibəsində deyib.

O bildirib ki, son bir neçə gündə yüzlərlə insan ölüb və ya yaralanıb.

Ukrayna prezidenti hazırda Xarkovda baş verənlərə görə ABŞ-ın günahkar olub-olmaması sualına belə cavab verib:

“Bütün dünyanın günahıdır. Onlar Putinə işğalı həyata keçirmək imkanı verdilər. Amma indi dünya kömək edə bilər”.

Onun sözlərinə görə, Kiyevin bütün ehtiyacları iki “Patriot” sistemidir:

“Əgər “Patriiot”lar bizə gəlsə, Rusiya Xarkovu işğal edə bilməyəcək”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
234
4
axar.az

10Mənbələr