AZ

Maaşının çoxunu geyimə xərcləyənlər - Necə səhv edirlər?

Ruzanna Bəşirova
Xərclər üzrə konsultant 

“Maaşımın çoxu “Trendyol”a gedir” deyən şəxslərin sayı çoxdur. Onlar bildirirlər ki, özlərini yeni məhsul sifariş etməkdən çəkindirə bilmirlər. Hətta geyinməsələr belə, alırlar, şkafa yığırlar. Siz də geyimə həddindən artıq pul xərcləyirsinizsə, o zaman oxuyun.

“Trendyol”un qiymətlərinin ölkəmizdəki tekstil bazarındakı qiymətlərlə müqayisədə çox ucuz olması səbəbindən əksər vətəndaşların alış-veriş üçün bu platformanı seçmələri başadüşüləndir. Təbii ki, qənaətdən və ağıllı xərcləmədən danışırıqsa, eyni məhsulu daha münasib qiymətə almaq varkən niyə də 2-3 qat baha qiymətə alınsın ki? İnsanlar haqlıdır.

Digər tərəfdən isə, qiymətlərin aşağı olmasından dolayı ipin ucunu qaçırıb gəlirinin böyük hissəsini geyimə xərcləyənlər var. Məhsulun qiymətinə baxır, “Bu qiymətə çox yaxşıdır” deyir və ehtiyacı olandan çox məhsulu “Səbət”ə atır və alır.

Qiymətlərin ucuz olmasından dolayı geyimə hədsiz pul xərcləmək doğru yanaşma deyil. Prosesə “Trendyol”un qiymətləri deyil, nəyə və niyə ehtiyacımız olması aspektindən baxmalıyıq. Deyək ki, heç “Trendyol” deyil, elə adi mağazalarda bəzən endirimlər olur. Endirimlərdə qiymətlər çox ucuz görünsə belə, almaq istəyəndə, özümüzə sual verməliyik ki, bu geyimə ehtiyacım var, yoxsa sırf ucuzdur deyə alıram?

Geyimə yersiz çox pul xərcləməmək, eyni zamanda qarderobumuzda istədiyimiz geyimləri tapmaq üçün diqqət etməli olduğumuz nüanslar var.

Birincisi, qarderobu elə yığmalıyıq ki, bir-birilə uyğunlaşan geyimlər çox ayrı yerlərdə olmasın. Qarderobumuzdakı geyimlərdən səmərəli istifadə etməyi bilsək, mövsümdə bircə dəfə geyinməyə növbə çatmayan paltarları belə “Ucuzdur” deyib “Trendyol”dan sifariş etməyə ehtiyac qalmayacaq.

İkincisi, qarderobunuzda hər zaman sosial statusunuzdan asılı olaraq bir və ya iki rəsmi geyim (klassik kostyum, pencək, don, klassik ayaqqabı, qalstuk və cib dəsmalı, yaxa sancağı və qol düymələri) özəl gün və tədbirlər üçün bir neçə ziyafət geyimi və aksesuarları, gündəlik üçün isə müxtəlif formada uyğunlaşdırılan rahat paltarlar olması tövsiyə  olunandır.

Məsələnin digər həll yolu isə, ehtiyac olan paltarların siyahısını çıxarmaqla da ola bilər. Bu siyahıya görə mövsüm sonu endirimlərindən yararlanaraq yay paltarlarını payız və qış aylarında qış paltarlarını isə yaz və yay aylarında olan mövsüm və bayram endirimləri eyni zamanda “Qara cümə”dən yararlanaraq almaq olar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
55
50
valyuta.az

10Mənbələr