AZ

Kişilərin yalan danışdığını necə anlamaq olar? – "Bu əlamətlər varsa..."

Münasibətlərin qısaömürlü olmasının əsas səbəblərindən biri yalandır. Bir çox qadını narahat edən məqamlardan biri də sevgilillərinin və ya yoldaşlarının yalan danışmasıdır. Amma bəzi kişilərin yalan danışdığını anlamaq çox çətin məsələdir.

 

Bəs kişilərin yalan danışdığını necə müəyyən etmək olar?

 

Mövzu ilə bağlı Sfera.az-a danışan psixoloq Ləman Məmmədova bildirib ki, ikitərəfli münasibətlərdə dürüstlük çox böyük əhəmiyyət kəsb edən faktorlardan biridir.

 

“Xüsusən də münasibətin başlanğıcında kişilər istədiklərinə nail olmaq üçün hər şey edə bilərlər. Bu baxımdan kişilər qadınlara bir sıra yalanlar danışırlar. Kişilər ciddi mövzularda geri addım atırsa, münasibətlərində dürüst deyillər. Yalan danışan kişilərin sözləri və hərəkətləri arasında uyğunsuzluq olur. Bir kişinin dediyi ilə etdiyi üst-üstə düşmürsə, deməli, ikili oynayırlar”.

 

Psixoloq qeyd edib ki, kişilərin əksəriyyəti ciddi və dürüst olmadığı qadını ehtiyatda saxlayır.

 

““Ondan daha yaxşısını tapana qədər düçüncəsi” ilə qadını sevdiyinə inandıraraq yanında saxlamağa çalışır. Qadının istəklərini isə müəyyən bəhanələrlə icra etmirlər. Yalan danışan kişilərin fikirləri də tez-tez dəyişir. Bir kişi əgər əvvəl dediyi fikri təkzib edirsə, o, ya əvvəl, ya da indi yalan danışır. Yalan danışan kişilər özlərini haqlı göstərmək üçün daimi qarşı tərəfi manipulyasiya edirlər. Partnyorunu günahlandıraraq və emosional şantaj göstərərək vəziyyətdən xilas olmağa çalışırlar. Beləliklə onlar yalanlarını ört-basdır etməyə çalışırlar”.

 

Ülkər Abdurahmanlı

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
112
50
sfera.az

10Mənbələr