AZ

Rusiya ordusunun Ermənistan-Azərbaycan sərhədindəki postunun görüntüsü yayıldı…-FOTOLAR  

Ermənistanın Sünik(tarixi Zəngəzur) mərzinin  Nerkin-Hand kəndinin girişində yerləşən Rusiya hərbçilərinin nəzarət-keçid məntəqəsində hələ də keçidi açıq şəkildə qorumayan bir neçə rus əsgəri var.
 
“Bu dəfə gəldim, heç kim yox idi. Sonuncu dəfə də yox idi. Bu həftə ora iki dəfə getdim, amma heç kəs yox idi”. 
Rusiya hərbçilərinin nəzarət-keçid məntəqəsi, Nerkin-Hand, Azərbaycanla sərhəd, 14 may 2024.
 
Moderator.az xəbər verir ki, bunu Nerkin-Hand sakini Levon Zakaryan “Azadlıq” radiosunun erməni bürosuna( “Azatutyun”) bildirib.
 
L.Zakaryan nəzarət-keçid məntəqəsinin girişinə yaxın yerdə yığılmış kabellər də olduğunu görüb. Kənd sakinləri rus sərhədçilərinin Nerkin-Handdan tədricən çıxdığını düşünürlər.
 
Xatırladılır ki, Rusiya sərhədçiləri Ermənistan hökumətinin təşəbbüsü ilə 44 günlük müharibədən sonra bu ərazilərə yerləşdirilib. Ermənistanın baş naziri və Rusiya prezidenti bu yaxınlarda Moskvada keçirdikləri son görüşdə Rusiya sərhədçilərinin Ermənistanın bir sıra rayonlarından çıxarılması barədə razılığa gəliblər. Həmin gün Ermənistanın parlamentdəki hakim fraksiyasının katibi rusların Azərbaycanla həmsərhəd olan Vayots Dzor, Tavuş və Sünik, Qeqarkunik və Araratdan geri çəkiləcəyini açıqlayıb. Bununla belə, onlar Ermənistan-Türkiyə və Ermənistan-İran sərhədlərində xidmətlərinə davam edəcəklər.
 
P.S. Maraqlıdır ki, 12 fevral 2024-cü il tarixdə məhz Rusiya hərbçilərinin də yerləşdiyi Nerkin Hand kəndi ərazisindəki mövqelərdən Azərbaycan Sərhəd Xidmətinin Zəngilan rayonu ərazisindəki postu snayperdən atəşə tutulmuş və nəticədə bir sərhədçimiz ölümcül  yaralanmışdı....
 
S.Laçın
 
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
157
47
moderator.az

10Mənbələr