AZ

Paşinyana qarşı çıxarılmış Baqrat Qalstanyan kimdir? – Rusiyaya işləyən "kanadalı casus"

Paşinyana qarşı çıxarılmış Baqrat Qalstanyan kimdir? – Rusiyaya işləyən "kanadalı casus"

İrəvanda Ermənistanın baş naziri Nikol Paşinyan əleyhdarlarının keçirdiyi aksiyalar davam edir. Kilsənin təşviqi ilə keçirilən mitinqlər son 2 gündə daha genişmiqyaslı xarakter almağa başlayıb. Etirazçıların başında isə Tavuş arxiyepiskopu Baqrat Qalstanyan dayanır.

- Bəs Baqrat kimdir? Onun haqqında nə məlumat var?

Lent.az "Bioqrafiya" rubrikasında Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının primatı, arxiyepiskop Baqrat Qalstanyan haqqında məlumat verir.

- Baqrat Qalstanyan kimdir, neçə yaşı var, harada anadan olub?

Baqrat Qalstanyan 20 may 1971-ci ildə Ermənistanın Gümrü şəhərində anadan olub. O həm də Kanada vətəndaşıdır.

- Baqrat Qalstanyan dini təhsilini harada alıb?

Ermənistanda "Müqəddəs Eçmiədzin Ana taxt-tacının Qevorqyan" seminariyasında təhsilini davam etdirən Qalstanyan 1993-cü ildə deakon dini təyinatını alıb. 1995-ci ildə Eçmiədzindəki Müqəddəs Qriqori məktəbinin direktoru vəzifəsini icra edərkən, yeni yaradılmış Xristian Təhsili və Təbliğ Mərkəzinin vitse-prezidenti təyin edilib. O, "Qanteq" dini televiziya proqramının qurucu üzvlərindən biri olub. Baqrat Qalstanyan 1996-1998-ci illərdə I Qareqinin katibi olaraq Cənubi Amerika, Rusiya, Böyük Britaniya və Avstriyaya papalıq səfərlərində iştirak edib.

- Baqrat Qalstanyan erməni kilsəsinə nə zaman təyinat alıb?

Kanada Yeparxiyasının Baş Assambleyası 2003-cü ilin may ayında Qalstanyanı Kanada Erməni Kilsəsinin Yeparxiyasının primatı seçib və həmin ilin 22 iyununda II Qareqin onu Yepiskop rütbəsinə yüksəldib. 6 yanvar 2013-cü ildə Kanadanın Monreal şəhərində Qalstanyana Kraliça II Yelizavetanın "Almaz yubiley" medalı təqdim olunub. Arxiyepiskop Baqrat Qalstanyan 2015-ci ildən bəri Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının primatı dini vəzifəsini yerinə yetirir.

- Baqrat Qalstanyan millətçidir?

Arxiyepiskop Baqrat Qalstanyan bütün fəaliyyəti boyunca millətçi mövqeyi və qatı türk əleyhdarlığı ilə tanınıb. Tavuş yeparxiyasının rəhbəri Baqratın davranışlarını təhlil edəndə ilkin olaraq o rəy yaranır ki, ermənilər dindar toplumdur, əlləri də hər yerdən, elə müxalifətdən də üzüldüyü üçün əyalət yeparxiyasının rəhbərinə ümid etməkdə yanılmırlar. Kəndlərlə bağlı müqavimət hər şeydən öncə erməni cəmiyyətində Azərbaycana qarşı düşmənçilik alovunun səngiməsini istəməyənlərin bəhanəsidir. İkincisi, kilsə təmsilçiləri elə bir hakimiyyət arzulayırlar ki, Paşinyan kimi onlardan uzaq qaçmasın, dövlət məsələləri onlarla müzakirə edilsin. Nəhayət, dövlət əhəmiyyətli qərarlara kilsə də xeyir-dua versin. 1988-ci ildə münaqişənin ilk aylarında da ən qızışdırıcı mövqedə olan keşişlər idi. Kilsə ilə məsləhətləşməyə həm Köçəryanın, həm də Sərkisyanın hakimiyyəti dönəmində ciddi əməl edilib.

- Paşinyan dindarlarla, Baqrat Qalstanyanla niyə məsafəli davranır?

Paşinyan onlarla Ermənistanı bataqlıqdan çıxara bilməyəcəyini tezliklə anladı və araya məsafə qoydu. İndi Paşinyandan bu özbaşınalığın qisasını almaq istəyirlər.

- Baqrat Qalstanyan Rusiyanın adamıdır?

Erməni kilsəsinin həm də sovet vaxtından KQB-nin nəzarətində olduğu məlumdur. Rusiyanın bu işdə əlbəttə ki, barmağı var. Amma onların dərdi indi Azərbaycanla yox, Paşinyanladır.

- Baqrat Qalstanyan hakimiyyətə gəlsə nə baş verə bilər?

Paşinyan bu təlatümdən qurtulsa, Ermənistan da xilas ola bilər. Yox, kilsə və revanşistlər hakimiyyətə gəlsələr, dünyadakı dəstəkçiləri ilə birləşərək yenidən 88-ci illərin ab-havasına düşəcəklər.

Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan deyib ki, "Vətən naminə Tavuş" hərəkatından Baş nazir postuna namizəd arxiyepiskop Baqrat Qalstanyan olmalıdır.

Sülh sazişi imzalanmadan Paşinyan hakimiyyəti devrilərsə, bu regiona yaxşı heç nə vəd etmir.

- Nə üçün Paşinyanla rəqabət üçün keşiş Baqrat Qalstanyan seçildi?

Arxiyepiskop Baqrat Qalstanyan 2015-ci ildən Tavuş yeparxiyasının rektorudur. Ermənistanın Tavuş rayonu Azərbaycanla həmsərhəddir. Keşişin özü ikinci vətəndaşlığı - Kanada olduğuna görə baş nazir postuna müraciət edə bilməz. Arxiyepiskop dindarlar arasında hörmət və nüfuza malikdir. O, həm ölkədə, həm də diasporda yaxşı separatçı və türk düşməni olaraq Kanadadan tutmuş Rusiyaya qədər tanınır, bu sahədə nüfuz sahibidir.

1988-ci ildə münaqişənin ilk aylarında da ən qızışdırıcı mövqedə olan keşişlər idi. Kilsə ilə məsləhətləşməyə həm Köçəryanın, həm də Sərkisyanın hakimiyyəti dönəmində ciddi əməl edilib. I Qarabağ müharibəsi dövründə işğal ilə bağlı tədbirlərdə Qaragin və Eçmiədzin kilsəsinin nümayəndələri öndə dayanardılar. Ermənilər dindar toplumdur, əlləri də hər yerdən, elə müxalifətdən də üzüldüyü üçün əyalət yeparxiyasının rəhbərinə sığınırlar. Din indi Ermənistanda ermənilərə qarşı silah kimi istifadə olunur. Onların din xadimləri humanizm prinsiplərini bir kənara ataraq əli avtomatlı oldular, silaha sarıldılar. Dünyanın heç bir yerində bu cür aqressiv dindarlar yoxdur. Qısası gözdən düşümüş siyasi müxalifətdən sonra ermənilər Baqaratın sözü ilə daha asanlıqla qurban getməyə hazır olacaqlar. Qurban deməklə pafosa yol vermədik. Ermənistan revanşistlərini sərhəddə nizami ordumuz qarşılayacaq. İndi qarşılarında dayanan 90-cı illərin xaos bürümüş ölkəsi yox, qüdrətli Azərbaycandır.
Paşinyana

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
63
28
sonxeber.az

10Mənbələr