AZ

Paşinyan Sardarapata getməyib, opponentləri onu qorxaq adlandırıb

“Vətən naminə Tavuş” etiraz hərəkatının lideri Baqrat Qalstanyan baş nazir Nikol Paşinyanın Sardarapat döyüşü qəhrəmanlarına həsr olunmuş abidə kompleksini ziyarət etməməsinin iki səbəbinin olduğunu deyib. Bizimyol.info xəbər verir ki, bu barədə Ermənistan mətbutı məlumat verib. Memorialda görüş zamanı jurnalistlərlə söhbətində arxiyepiskop bildirib ki, artıq Paşinyanın ölkəyə, onun simvollarına və yaddaqalan tarixlərə heç bir aidiyyatı yoxdur. Onun sözlərinə görə, baş nazir artıq “əsl Ermənistan”ı “tarixi Ermənistan”dan ayırıb və görünür, bu bayram onun üçün “tarixi Ermənistan”ın bir hissəsidir. İkinci səbəb isə arxiyepiskopun fikrincə, Paşinyana kənardan Sardarapata getmə deyilməsidir. Öz növbəsində Erməni Apostol Kilsəsinin Şirak yeparxiyasının rəhbəri, arxiyepiskop Mikael Adjapaxyan baş naziri qorxaqlıqda ittiham edib. O bildirib ki, Paşinyan etirazçılarla görüşməkdən qaçır. Ənənəyə uyğun olaraq, Baş nazir başda olmaqla ölkə rəhbərliyi Respublika Gününə həsr olunmuş təntənəli tədbirlərdə iştirak etmək üçün mayın 28-də səhər tezdən abidəni ziyarət edir. Lakin bu il Paşinyan istisna edib və medianın yazdığı kimi, o, bu gün Sərdarapata getməyəcək. İndi orada Qalstanyanın rəhbərlik etdiyi etiraz hərəkatının üzvləri toplaşıb. Ziyarət adlandırdıqları məclisdə iştirakçılar abidə önünə gül dəstələri düzüb, daha sonra dua oxuyub, dövlət himnini səsləndiriblər. Qadir, Bizimyol.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
134
50
bizimyol.info

10Mənbələr