AZ

Paşinyana qarşı qurulan plan: “Qan töküləcək”

Ermənistan Baş naziri Nikol Paşinyan revanşistlərin qanlı planlarının qarşısını almaq üçün hərəkətə keçib.

Turkustan.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

“Keşiş özü belə bir plan hazırlaya bilməzdi, ancaq yürüş başlayacağına qərar verə bilərdi, onu da etdi. Sonrakı addımlarını kənardan aldığı təlimatlar əsasında həyata keçirməyə başlayıb. Planı tərtib edənlər bunu Ermənistanda qan tökülməsi ssenarisini əsasında yazıblar, çünki Baş nazir Nikol Paşinyanı devirmək üçün bütün digər addımlar işə yaramadı.

Düşünürlər ki, qan tökülməsi vətəndaş qarşıdurmasını gücləndirəcək və bu, Paşinyanın mövqelərini zəiflədəcək. Ancaq Paşinyan daxili və xarici qüvvələrin birgə hazırladıqları son planın mahiyyətini anladığından polisə radikalları “tut” əmrini verib”, - ekspert bildirib./teleqraf.com/

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
147
5
turkustan.az

10Mənbələr