AZ

İrəvanda keşiş üçün qanlı ssenari yazılıb - Ekspert

Keşiş Baqrat özü belə bir plan hazırlaya bilməzdi. O, ancaq yürüş başlayacağına qərar verə bilərdi, onu da etdi, sonrakı addımlarını kənardan aldığı təlimatlar əsasında həyata keçirməyə başlayıb.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Ermənistanda keşiş Baqratın rəhbərliyi ilə bu gün keçirilən itaətsizlik aksiyası və həbslər barədə haqda qeyd edib. “Planı tərtib edənlər Ermənistanda qan tökülməsi ssenarisini yazıblar, çünki Baş nazir Nikol Paşinyanı devirmək üçün bütün digər addımlar işə yaramadı. Düşünürlər ki, qan tökülməsi vətəndaş qarşıdurmasını gücləndirəcək və bu, Paşinyanın mövqelərini zəiflədəcək. Ancaq Nikol Paşinyan daxili və xarici qüvvələrin birgə hazırladıqları son planın mahiyyətini anladığından polisə radikalları “tut” əmrini verib”, - o vurğulayıb.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
123
5
buta.tv

10Mənbələr