AZ

Latviya, Estoniya, Litva və İslandiyanın XİN başçıları sabah Gürcüstana gələcəklər

Yazını böyüt
Yazını kiçilt

Latviya, Estoniya, Litva və İslandiyanın xarici işlər nazirləri mayın 15-də Gürcüstana səfər edəcəklər.

Hafta.az-ın yazdığına görə, bu haqda Latviya Xarici İşlər Nazirliyinin saytında məlumat dərc olunub.

“Latviyanın xarici işlər naziri Bayba Braje işgüzar səfər çərçivəsində Estoniyanın xarici işlər naziri Marqus Tsahknas, İslandiyanın xarici işlər naziri Tordis Kolbrun Reikfiord Qilfadotir və Litvanın xarici işlər naziri Qabriel Landsberqis ilə Gürcüstana səfər edəcək. Baltikyanı ölkələrin və İslandiyanın xarici işlər nazirləri Gürcüstanın Prezidenti Salome Zurabişvili, eləcə də Gürcüstanın Parlamentinin sədri Şalva Papuaşvili, Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvili və parlamentin müxalifət partiyalarının nümayəndələri ilə birgə görüşlər keçirəcəklər. Bununla yanaşı, Gürcüstan hökumətinin üzvləri və vətəndaş cəmiyyəti təşkilatları ilə görüşlər keçirilməsi planlaşdırılır”, - məlumatda qeyd olunub.

Baltikyanı ölkələrin və İslandiyanın xarici işlər nazirləri Gürcüstanın Prezidenti ilə birgə mətbuat konfransı keçirəcəklər.

Latviya Xarici İşlər Nazirliyinin məlumatında deyilir ki, səfər çərçivəsində Gürcüstan Parlamentinin təqdim etdiyi “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi də daxil olmaqla ölkədəki cari hadisələr müzakirə olunacaq.

“Rəsmi şəxslər həmçinin Avropa İttifaqına Gürcüstanın inteqrasiyasının irəliləyişi ilə bağlı islahatlar proseslərinə dair fikir mübadiləsi aparacaqlar”, - məlumatda qeyd olunub.

Latviyanın xarici işlər naziri Bayba Braje sosial şəbəkədə Gürcüstana planlaşdırılan səfərlə əlaqədar yazır: “Baltikyanı ölkələrin və İslandiyanın xarici işlər nazirləri ilk dəfə Gürcüstana səfər edəcəklər. Gürcüstanın və onun Avropa gələcəyinin ən yaxın və sadiq dostları kimi Estoniya, İslandiya, Litva və Latviya. Cari hadisələrlə bağlı narahatlığı rəsmi şəxslər və ictimaiyyətlə müzakirə edəcəyik”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
72
50
hafta.az

10Mənbələr