AZ

27 Avropa ölkəsinin XİN başçıları Gürcüstanı MÜZAKİRƏ EDƏCƏK

Avropa İttifaqının 27 ölkəsinin xarici işlər nazirləri 27 mayda Gürcüstandakı vəziyyəti müzakirə edəcəklər.

 

Modern.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bunu Avropa İttifaqının xarici siyasət sözçüsü Peter Stano bildirib.

 

"Ciddi hadisələr fonunda Gürcüstan xarici işlər nazirləri tərəfindən müzakirə olunacaq və nazirlər ölkədəki ümumi vəziyyəti müzakirə edəcək və gələcək addımlarımızı müəyyən edəcəklər", - o qeyd edib.

 

Xatırladaq ki, Gürcüstanda qalmaqallı "xarici agentlər" qanunu ətrafında siyasi çaxnaşma davam edir.

Seçilən
114
1
modern.az

10Mənbələr