AZ

ABŞ dövlət katibi həmrəylik məqsədilə Kiyevə gedib

ABŞ dövlət katibi Antoni Blinken Kiyevə həmrəylik səfəri ilə gedib və səfər zamanı ABŞ-dən Ukraynaya hərbi yardım göstərilməsi məsələlərini müzakirə etmək niyyətindədir.

Ölkə.Az xəbər verir ki, bu barədə ABŞ Dövlət departamentinin məlumatında bildirilir.

Blinken səfər zamanı Ukrayna rəsmiləri, o cümlədən prezident Volodimir Zelenski ilə görüşəcək.

Dövlət Departamentinin sözçüsü Metyu Miller qeyd edib ki, bu görüşlər zamanı ABŞ dövlət katibi ABŞ-nin Ukraynaya davamlı dəstəyini bir daha təsdiq etməyi planlaşdırır.

Bundan əlavə, Amerikanın xarici siyasət idarəsinin rəhbəri Ukraynadakı vəziyyətlə bağlı çıxış edəcəyini gözləyir

Mürtəza
Ölkə.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
210
48
olke.az

10Mənbələr