AZ

Dövlət Departamenti Blinkenin Moldova və Çexiyaya səfərini açıqlayıb

Departamentin saytında verilən məlumata görə, Dövlət Departamentinin rəhbəri Antoni Blinken Kişinyov və Praqaya səfər edir.

 

Oxu24.com xəbər verir  ki, ABŞ dövlət katibinin nümayəndəsi Metyu Millerin dediyi kimi, səfər mayın 28-dən 31-dək baş tutacaq.

 

“Kişinyovda dövlət katibi Blinken Moldova prezidenti Maia Sandu və digər yüksək vəzifəli rəsmilərlə görüşərək ABŞ-ın Moldovanın Aİ-yə daxil olması və enerji təhlükəsizliyi məsələlərində irəliləyişinə dəstəyini bir daha təsdiq edəcək.

 

Praqada o, Çexiyanın xarici işlər naziri Yan Lipavski və digər yüksək vəzifəli şəxslərlə görüşərək Ukraynaya gələcək dəstək, birgə müdafiənin modernləşdirilməsi və enerji əlaqələrinin dərinləşdirilməsi məsələlərini müzakirə edəcək”, - deyə məlumatda bildirilir.

 

Dövlət Departamenti əlavə edib ki, Blinken Praqaya səfəri zamanı NATO xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündə iştirak edəcək.

 

Departamentdən vurğulanıb ki, danışıqlar zamanı tərəflər xüsusilə iyulda ABŞ-da keçiriləcək alyans sammitinə hazırlıq məsələlərini müzakirə edəcəklər.

 

Bundan əvvəl Blinken Rusiyanı Moldova hökumətini “sabitliyi pozmaq” istəməkdə günahlandırmışdı.

 

Nigar

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
186
34
oxu24.com

10Mənbələr