AZ

ABŞ Dövlət Departamentinin baş müşaviri Azərbaycana GƏLİR  

ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono bu həftə regiona səfər edəcək. 

ABŞ-ın Bakıdakı səfirliyindən Bizim.Media-ya verilən məlumata görə, səfər zamanı Vaşinqtonun Azərbaycan-Ermənistan sülh prosesinə verdiyi dəstək, davamlı və ləyaqətli sülhə nail olmaq yolları müzakirə olunacaq. 

Onun Azərbaycan və Ermənistana səfəri zamanı sülh prosesinə dəstək üçün əsas maraqlı tərəflərlə görüşləri planlaşdırılır. 

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
127
48
bizim.media

10Mənbələr