AZ

ABŞ Senatının iclasında Blinkenin çıxışı BOYKOT EDİLDİ: “Qəzza qəssabısan” - VİDEO

ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin iclasında Antoni Blinkenin çıxışı zamanı bir fələstinli tərəfdarı dövlət katibinin çıxışını kəsməyə çalışıb. 

Bizim.Media xəbər verir ki, həmin şəxs ayağa qalxaraq yüksək səslə Blinkeni Qəzzada baş verənələrə görə ittiham edib.

“Blinken, sən “Qəzza qəssabı”, günahsız insanların qatili kimi xatırlanacaqsan. Onun qardaşı altı yaşında idi, israilli qatil, sən yalan danışırsan, hər şey yalandır, hər şey yalandır, inanmayın”, - deyə sözügedən şəxs qışqırıb.
Kişi mühafizəçilərin müdaxiləsilə zaldan çıxarılıb.

Blinken çıxışına davam edərkən anidən daha bir etirazçı ayağa qalxaraq ABŞ dövlət katibini ittiham edib. 

“Sən Qəzzada soyqırım edirsən, xəstəxananın yanında 7 kütləvi məzarlıq var”, - deyə gənc qadın etiraz edib. 


 

Bizim.Media
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
165
50
bizim.media

10Mənbələr