AZ

ABŞ dövlət katibi Kiyevə gəlib - (Yenilənib)

ABŞ

ABŞ dövlət katibi Antoni Blinkenin bu həftə Ukraynaya səfəri gözlənilir.

Reyting.az
xəbər verir ki, bu barədə “Poiltico” nəşri özünün üç mötəbər mənbəyinə istinadla məlumat yayıb.

A. Blinkenin Kiyevə səfərinin konkret vaxtı hələlik bilinməsə də, mənbələrdən biri bu gün və sabah paytaxt Kiyevə aparan yolların təhlükəsizlik xidməti tərəfindən ciddi nəzarətə götürüləcəyini açıqlayıb.

***

ABŞ dövlət katibi Antoni Blinken həmrəylik səfəri ilə Kiyevə gəlib. O, ABŞ-dan Ukraynaya hərbi yardım göstərilməsi məsələlərini müzakirə etmək niyyətindədir.

Reyting.az
xarici KİV-lərə istinadla bildirir ki, səfər zamanı Blinken Ukrayna rəsmiləri, o cümlədən ölkə prezidenti Vladimir Zelenski ilə görüşəcək.

Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib ki, bu görüşlər zamanı dövlət katibi ABŞ-nin Ukraynaya davamlı dəstəyini bir daha təsdiq etməyi planlaşdırır.

Y. QACAR
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
48
reyting.az

10Mənbələr