AZ

Antoni Blinken Kiyevdə Vladimir Zelenski, Denis Şmıqal və Dmitri Kuleba ilə görüşəcək

Antoni

Vaşinqton, 14 may, AZƏRTAC

ABŞ Dövlət katibi Antoni Blinken Ukraynaya səfərə gedib.

AZƏRTAC ABŞ Dövlət Departamentinə istinadən xəbər verir ki, səfər ABŞ-ın Ukraynaya dəstəyini ifadə etmək və yüksək səviyyəli Ukrayna rəsmiləri ilə görüşmək məqsədilə həyata keçirilib. Səfər zamanı Dövlət katibinin Prezident Vladimir Zelenski, Baş nazir Denis Şmıqal və xarici işlər naziri Dmitri Kuleba ilə görüşü nəzər tutulub. Görüşlərdə döyüş bölgəsində vəziyyət, ABŞ-ın yeni təhlükəsizlik və iqtisadi yardımının təsirləri, uzunmüddətli təhlükəsizlik və digər öhdəliklər və Ukraynanın iqtisadi bərpasını gücləndirmək məqsədilə görülən işlər müzakirə ediləcək. Bildirilir ki, səfər zamanı A.Blinken ölkəsinin Ukraynanın suverenliyinə, ərazi bütövlüyünə və demokratiyasına sadiqliyini bir daha vurğulayacaq.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
132
48
azertag.az

10Mənbələr