Antalyada meşə yanğını başladı
Türkiyənin Antalya şəhərinin Konyaaltı rayonunda meşəlik ərazidə yanğın başlayıb.BUTA.TV xəbər verir ki, yanğınsöndürmə briqadası əraziyə cəlb olunub. Yanğının nəzarət altına alınması istiqamətində tədbir görülür. Yanğının hansı səbəbdən baş verdiyi bəlli deyil.