Bakının Xətai rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb.
Bizim.Media apa.az-a istinadən xəbər verir ki, hadisə Əhmədli qəsəbəsində baş verib.
Belə ki, 17 nömrəli məktəbin qarşısında 2007-ci il təvəllüdlü Rəsul Anar oğlu Hüseynov tanışı ilə mübahisə zamanı bıçaqlanıb.
Yaralı Sabunçu Tibb Mərkəzinə yerləşdirilib. Yaxınlarının verdiyi məlumata görə, R.Hüseynov 17 nömrəli məktəbin 9-cu sinif şagirdidir.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta