AZ

Ermənistanda qızılcaya yoluxma ARTIB

Ermənistanda qızılcaya yoluxma halları yüksək olaraq qalır. Son bir həftə ərzində 21 yeni yoluxma halı təsdiqlənib.

Modern.az xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzi məlumat yayıb.

Xəstəliyə yoluxanlar arasında 16 uşaq və 5 böyük yaşlı var.

İlin əvvəlindən 420 nəfər qızılcaya yoluxub, onlardan 6-sı xəstəxanaya yerləşdirilib. Respublikada təsdiqlənmiş yoluxma hallarının ümumi sayı 965-ə çatıb.

Milli peyvənd təqviminə əsasən, qızılcaya qarşı peyvənd 1 yaşdan 4-6 yaşa qədər olan uşaqlar üçün nəzərdə tutulub. Ermənistan Səhiyyə Nazirliyi peyvənd olunmamış uşaqların valideynlərini klinikalarla əlaqə saxlamağa çağırır. Qızılca xəstələri ilə təmasda olan və peyvəndin iki dozasını almamış şəxslər də peyvənd olunurlar.

Seçilən
118
17
modern.az

10Mənbələr