AZ

Rusiyada 35 yaşlı qadın onuncu dəfə ana oldu

Rusiyada 35 yaşlı qadın onuncu dəfə ana olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Moskva vilayətinin Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Belə ki, çəkisi 4050 qram, boyu 55 santimetr olan oğlan uşağı dünyaya gəlib. Doğuş təbii şəkildə baş verib.

“Doğuş normal keçdi, ana və körpə evə buraxılmağa hazırlaşır. Bu, qadının səkkizinci normal doğuşudur”, - deyə həkim Gennadi Semenixin bildirib.

Qeyd olunur ki, ən kiçik uşaqla ən böyük uşaq arasındakı fərq 15 yaşdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
110
17
qafqazinfo.az

10Mənbələr