AZ

Üç yaşlı qız 9-cu mərtəbədən yıxılaraq sağ qalıb

...Faciə Moskvanın Reutovskaya küçəsində baş verib.

Paytaxt prokurorluğunun Telegram-da verdiyi məlumata görə, uşaq 9-cu mərtəbədəki mənzilin pəncərəsindən yıxılıb.

2021-ci il təvəllüdlü qızın ağcaqanad tora söykənmək istəyərək pəncərədən yıxıldığı dəqiqləşir.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, uşaq sağ qalıb və xəstəxanaya aparılıb.

Onun vəziyyəti ilə bağlı hələlik məlumat yoxdur. Uşağın niyə nəzarətsiz qaldığı və valideynlərinin harada olduğu məlum deyil.

Hazırda yoxlama aparılır.

İş Perovskaya Rayonlararası Prokurorluğunda nəzarətdədir.

Nazlı

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
48
17
sia.az

10Mənbələr