AZ

“Bu həftə vəziyyət xeyli pisləşib” – Sırski 

“Cəbhədə vəziyyət gərgin olaraq qalır. düşmən Ukrayna ərazisinin dərinliyinə doğru irəliləmək məqsədi ilə bir neçə istiqamətdə Ukrayna bölmələrinə aktiv şəkildə hücum edir”.

KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski məlumat verib.

O bildirib ki, ordu şiddətli müdafiə döyüşləri aparır və Rusiya hərbçilərinin Ukrayna müdafiəsini yarıb keçmək cəhdlərinin qarşısı alınıb.

“Biz düşmənin planlarını bilirik və onun bütün hərəkətlərinə çevik reaksiya veririk. Müdafiənin gücləndirilməsi üçün bütün lazımi tədbirlər görülür və operativ qərarlar, o cümlədən şəxsi heyətlə bağlı qərarlar qəbul edilir”.

Sırski diqqəti Xarkov vilayətindəki vəziyyətə yönəldib və qeyd edib ki, bu həftə vəziyyət xeyli pisləşib.

“Hazırda Rusiya Federasiyası ilə dövlət sərhədi boyunca sərhədyanı ərazilərdə döyüşlər davam edir. Vəziyyət çətindir, lakin Ukrayna Müdafiə Qüvvələri müdafiə xətlərini və mövqelərini qoruyub saxlamaq və düşməni məğlubiyyətə uğratmaq üçün hər şeyi edir”, – deyə Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı bildirib.

O, Kupyanski, Severski, Limanski, Pokrovski istiqamətlərində vəziyyəti çox dinamik adlandırıb:

“Kramatorsk istiqamətində düşmən Çasov Yar şəhərini ələ keçirmək cəhdlərindən əl çəkmir. Şəhərin şərqində hücum əməliyyatlarını davam etdirir. Cəbhədəki çətin vəziyyətə baxmayaraq, hərbi qulluqçuların istirahəti və briqadaların döyüş effektivliyinin bərpası üçün bölmələr rotasiya olunur”, – Sırski əlavə edib.

Günel Mikayılova,

KONKRET.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
181
48

1Mənbələr

Şərh ()
Bağla