Azərbaycan cüdoçuları 11 mayda Polşanın Radom şəhərində keçirilən cüdo üzrə Avropa Kata turnirində bürünc medal əldə ediblər.
Oxu.Az xəbər verir ki, İsmayıl Rzayev - tori (hücum edən idmançı) və İbrahim Aslanov - uke (müdafiə olunan idmançı) böyüklər arasında “Nage-no-Kata” üzrə 353,5 xal toplayaraq turnirin bürünc medallarınını əldə ediblər.
10 ölkədən 104 idmançının iştirak edəcəyi yarışda Azərbaycan altı idmançı ilə təmsil olunub.
Cüdoçularımız turnirdə böyüklər arasında “Nage-no-Kata” və “Katame-no-Kata” üzrə fəndləri nümayiş etdiriblər.
“Nage-no-Kata” üzrə Malik Alahverdiyev - tori, Samir İsmayılov - uke, İsmayıl Rzayev - tori, İbrahim Aslanov - uke, “Katame-no-Kata” Rafiq Nəcəfov - tori, Əmrah Əhmədov - uke çıxış ediblər.