AZ

İdmançılarımız Avropa Kata çempionatında

Yığmamızın cüdoçuları Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərində keçiriləcək Avropa Kata çempionatında iştirak edəcəklər.

“Football-plus.az” xəbər verir ki, iyunun 10-11-də təşkil olunacaq yarışda 6 idmançımız iştirak edəcək.

Çempionatda 20 ölkədən 306 cüdoçu mübarizə aparacaq. Cüdoçularımız “Nage-no-Kata” və “Katame-no-Kata” üzrə fəndləri ilə çıxış edəcək.

Qeyd edək ki, idmançılarımız iyunun 12-14-də Sarayevoda baş tutacaq Kodokan seminarında təmsil olunacaqlar.

Nage-no-Kata
Malik Alahverdiyev - tori (hücum edən idmançı)
Samir İsmayılov - uke (hücum edilən idmançı)
İsmayıl Rzayev - tori
İbrahim Aslanov - uke

Katame-no-Kata
Rafiq Nəcəfov - tori
Əmrah Əhmədov – uke

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
38
13
football-plus.az

10Mənbələr