AZ

Azərbaycan cüdoçuları Avropa Kata çempionatında iştirak edəcək

Azərbaycan cüdoçuları 10-11 iyunda Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçiriləcək Avropa Kata çempionatında iştirak edəcək.

Futbolinfo.az xəbər verir ki, 20 ölkədən 306 idmançının iştirak edəcəyi yarışda Azərbaycan böyüklər arasımda 6 idmançı ilə təmsil olunacaq.

Cüdoçular “Nage-no-Kata” və “Katame-no-Kata” üzrə fəndləri nümayiş etdirəcək.

Kata çempionatının ilkin yarışları 10 iyunda başlayacaq, finallar isə 11 iyunda keçiriləcək.

Qeyd edək ki, Azərbaycan cüdoçuları 12-14 iyunda Sarayevoda baş tutacaq Kodokan seminarında iştirak edəcək.

“Nage-no-Kata”
Malik Alahverdiyev – tori (hücum edən idmançı)
Samir İsmayılov – uke (hücum edilən idmançı)
İsmayıl Rzayev – tori
İbrahim Aslanov – uke

“Katame-no-Kata”
Rafiq Nəcəfov – tori
Əmrah Əhmədov – uke.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
13
futbolinfo.az

10Mənbələr