AZ

Braziliyada daşqınlar nəticəsində ölənlərin sayı 137 nəfərə çatıb

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Braziliyada leysan yağışların səbəb olduğu daşqınlarda həyatını itirənlərin sayının 137-yə, itkin düşənlərin sayının isə 125-ə yüksəldiyi açıqlanıb.

"Operativ Media" xəbər verir ki, ölkənin cənubundakı Rio Grande do Sul əyalətində ötən həftədən bəri davam edən yağışdan sonra baş verən daşqınlar səbəbindən can və mal itkiləri artır.

Dövlət Mülki Müdafiədən verilən açıqlamada ölənlərin sayının 137, itkin düşənlərin sayının isə 125 olaraq yeniləndiyi qeyd edilib.

Açıqlamada yaralıların sayının 756-ya yüksəldiyi və seldən zərər çəkənlərin sayının 2 milyonu, köçkünlərin sayının isə 600 mini keçdiyi bildirilib.

Açıqlamada xəstəxanaların tam gücü ilə işlədiyi qeyd edilib.

Axtarış-xilasetmə işlərinə 28 mindən çox adam cəlb edilib.

Seçilən
58
19
1

1Mənbələr

Şərh ()
Bağla