AZ

Sel fəlakəti: Ölənlər var

Braziliyanın cənubundakı Rio Grande do Sul əyalətində ötən həftədən bəri davam edən yağışdan sonra baş verən daşqınlar səbəbindən can və mal itkiləri artır.

News24.az xəbər verir ki, Dövlət Mülki Müdafiəsi tərəfindən edilən açıqlamada ölənlərin sayının 144, itkin düşənlərin sayının isə 125 olaraq yeniləndiyi bildirilib.

Açıqlamada yaralıların sayının 800-ə yüksəldiyi və seldən zərər çəkənlərin sayının 2 milyon 100 mini, köçkünlərin sayının isə 620 mini keçdiyi bildirilib.

Açıqlamada, 81 min adamın kilsə, məktəblər və idman salonlarında qonaq edildiyi, axtarış-xilasetmə işlərinin davam etdiyi ifadə edilib.

Günel Məlikzadə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
89
1
news24.az

3Mənbələr