AZ

"Rusiya ciddi şəkildə Moldova ilə məşğul olmağa başlayıb" - ISW

"Açıq, əməksecəvər və xeyirxah insanlar nasist ideologiyasının qurbanı olur, bunu satqın adamlar xaricdən gələn göstərişlə və xeyli pullar hesabına edir..." 
 
"Qərbin Rusiya ilə hibrid savaşına cəlb ediləcək növbəti ölkə Moldova olacaq..."
 
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib ki, Moldovada Mayya Sandunun prezidentliyi "ölkə tarixində qara ləkə kimi qalacaq" və Moldova hökuməti "nasist soyqırımı" siyasəti yeridir, buna ciddi yanaşmaq lazımdır.
 
Moderator.az xəbər verir ki, bu barədə Amerikanın müharibənin öyrənilməsi İnstitutunun (ISW) analitikləri yazıb.
 
Ekspertlər güman edir ki, Moskvanın belə ritorikası Moldovanın təkcə iki regionu olan Qaqauziya və Dnestryanı deyil, bütün  ölkəyə nəzarət etmək üçün şərait yaratmağa yönəlib. 
 
ISW diqqəti ona cəlb edib ki, moldovalı siyasətçi İlan Şor, Qaqauziya qubernatoru Yevgeniya Qutsul və Şora yaxın olan deputat Marina Tauber Vladimir Putinin dəvətilə Moskvada mayın 9-da Qələbə Günündə iştirak edib.
 
Bu, Kremlin bundan Moldovada sabitliyin pozulması üçün istifadə etmək niyyətindən xəbər verə bilər.
 
Şor, Qutsul və Tabuer bu yaxınlarda yaradılan "Moldova qələbəsi" seçki blokunun əsas liderləridir. Bu blok 2024-cü ilin oktyabr ayında Moldovada prezident seçkilərində iştirak etmək niyyətindədir.
 
Qaqauziya və Dnestryanı rusdilli əhalinin böyük hissəsinin yaşadığı bölgələrdir, analitiklər xatırladıb. Kremlin rusdillilərin təqibi ittihamlarından "nasist ideologiyası" ittihamlarına keçməsi onu göstərir ki, Kreml, ehtimal ki, Rusiyanın Moldovaya gələcək təcavüzünə haqq qazandırmağa cəhd edir.
 
Zaxarovanın şərhləri Moldovada dövlət dilinin rəsmən rumın dili adlandırılması ilə bağlı olub.
 
"Bizim sizinlə dəyərlərimiz aydındır, biz bu barədə bəyan edirik, bu dəyərlər o cümlədən tarixi yaddaşın saxlanılması, qəhrəmanlarımızın şərəfləndirilməsi ilə bağlıdır. Orada baş verənləri isə siz görürsünüz. Lakin mən bir də demək istəyirəm: moldova dili var və olacaqdır", - Zaxarova SİTA agentliyinə bəyan edib.
 
O, vurğulayıb ki, "açıq, əməksevər, xeyirxah insanlar nasist ideologiyasının qurbanı olur, ləyaqətsiz və satqın insanların eksperimentləri üçün meydana çevrilir, həm də onlar bunu xaricdən göstərişlə və xeyli pullar müqabilində etdiklərini heç gizlətmir də".
 
Xatırladaq ki, fevral ayında Dnestryanı deputatların qurultayı Moskva, BMT və Qırmızı Xaçdan "müdafiə olunmağı" xahiş edib. 
 
Ötən ilin noyabr ayında Rusiya XİN rəhbəri Sergey Lavrov ATƏT görüşündə bəyan edib ki, "Qərbin Rusiya ilə hibrid savaşına cəlb ediləcək" növbəti ölkə Moldova olacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
85
15
Mənbələr
Şərh ()
Bağla