AZ

Avropa yenidən enerji baxımından bir şirkətdən asılı vəziyyətə düşüb

Norveçin "Equinor ASA" şirkəti Rusiyadan ixracın azalmasından sonra Avropa İttifaqının əsas qaz tədarükçüsü olub. 

Valyuta.az xəbər verir ki, bu barədə "Bloomberg" yazıb.

"Qazprom"un tədarükünü kəsdikdən sonra "Equinor" faktiki olaraq Avropa İttifaqına əsas qaz ixracatçısı kimi yerini alıb. Norveç nəhəngi 2022-ci ildə "Qazprom" üçün 35%-ə qarşı Aİ-nin ümumi istehlakının təxminən 30%-ni təşkil edir. Nəşr qeyd edir ki, hazırda Avropada mavi yanacağın qiymətlərinin dəyişməsi birbaşa onun fəaliyyətindən asılıdır.

"Avropada bəzi məqamlarda bizi təbii qəbul etdilər", deyə "Equinor"un aşağı axını üzrə rəhbəri İrene Rummelhoff bildirib.

Aİ-nin Norveç şirkətindən asılılığı "Qazprom"da olduğu kimi, bir təchizatçıdan həddindən artıq asılılıq vəziyyətinin təkrarlanması ilə bağlı narahatlıq yaradır. Norveç zavodlarında hər hansı bir nasazlıq dərhal Avropadakı qiymətlərə təsir edəcək.

"Equinor" tədarükü Rusiya Federasiyasından idxalın azalmasını qismən kompensasiya edir. Lakin ekspertlər bildirirlər ki, yaxın illərdə ABŞ və Qətərdə yeni LNG layihələri işə düşdüyündən şirkətin əhəmiyyəti uzunmüddətli perspektivdə azalacaq.

"Bank of America"nın analitiki Kristofer Kuplent deyib: "Equinor" və Norveç qazının Avropa üçün əhəmiyyəti nəhayət azalacaq, çünki Norveç öz hasilatını əhəmiyyətli dərəcədə artıra bilməyəcək".

Paşa Məmmədli

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
250
23
valyuta.az

10Mənbələr