AZ

Politoloq: "Moldova Rusiya və Dnestryanı ilə müharibəyə hazırlaşır"

Moldova silahlı qüvvələri Dnestryanı və Rusiyaya qarşı mümkün müharibəyə hazırlaşır. 

HİT.az xəbər verir ki, bunu tanınmamış Dnestryanı Moldova Respublikasının (PMR) Ali Şurasının deputatı, politoloq Andrey Safonov "RİA Novosti"yə bildirib.

Bundan əvvəl Moldova Müdafiə Nazirliyi Amerika komandanlığının rəhbərliyi altında mayın 9-dan 16-dək respublika ərazisində keçirilən "Swift Response-2024" irimiqyaslı Moldova-Amerika təlimlərini elan edib. Manevrlərdə Moldova motoatıcı briqadasının, Milli Ordunun “Monniya” xüsusi təyinatlı batalyonunun 400 hərbçisi və ABŞ-ın 82-ci Hava Desant Diviziyasının hərbçiləri iştirak edir. İki Amerika "C-130 Hercules" hərbi təyyarəsi də iştirak edəcək.

"2023-2024-cü illərdə Moldovada keçirilən bütün davamlı hərbi təlimlər Moldova qoşunlarının Dnestryanı və Rusiyaya qarşı mümkün müharibəyə hazırlanmasıdır. Və bunula sakitcə, qanlı qarışıqlıqda “Rumıniya vətəndaşlarını qorumaq” bəhanəsi ilə bütün keçmiş Moldova SSR-ni Rumıniyaya birləşdirmək daha asandır. Rumıniya Milli Müdafiə Nazirliyinin qanun layihəsi buna yönəlib və Rumıniya qoşunlarının bu ölkə vətəndaşlarının “incidildiyi” ölkələrə göndərilməsini nəzərdə tutur", deyə Safonov bildirib.

Politoloq onu da qeyd edib ki, Moldovanın şimalında keçirilən hərbi təlimlər zamanı havadan desant enişi məşq edilir: "Aydındır ki, bu, Qərb və Rumıniya qoşunlarının iştirakı ilə Dnestryanı şəhərlərini ələ keçirmək və eyni zamanda burda Rusiya hərbi obyektlərinə hücum etmək məqsədi daşıyır. Dnestryanı qoşunlar gücləndirilməlidir, eləcə də Rusiya və Dnestryanı müttəfiq qüvvələrin hərbi qüdrətini hərtərəfli gücləndirmək lazımdır".

O, həmçinin Moldova Müdafiə Nazirliyinin milli ordunun ehtiyatda olan hərbçiləri üçün mayın 20-dən 24-dək və mayın 27-dən 31-dək keçiriləcək yeni təlimlər keçirmək planlarına da diqqət çəkib. Onun sözlərinə görə, Moldova ehtiyatda olan hərbçilərə artıq çağırış vərəqələri göndərilir ki, onların toplama məntəqələrinə gəlməsi tələb olunur.

Samir

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
126
47
hit.az

10Mənbələr