AZ

Elmar Məmmədyarov: Almatı görüşü sülhün bərqərar olmasına töhvə verəcək

Almatıda Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında görüş keçirilir. XİN rəhbərləri hazırda danışıqlar aparmaq üçün Almatıdakı Dostluq Evinə gəliblər. Azərbaycan və Ermənistan xarici işlər nazirlərini Qazaxıstanın xarici işlər naziri Murat Nurtleu qarşılayıb. Daha sonra onlar mətbuata bəyanatlarla çıxış edəcəklər.

Sözügedən görüşü "Sherg.az"a dəyərləndirən sabiq xarici işlər naziri Elmar Məmmədyarov deyib ki, Almatı görüşü sülhün bərqərar olmasına töhvə verəcək:
"Lakin biz onuda nəzərə almalıyıq ki, hər dövlətin əsas qanunu konstitusiyadır və konstitusiya həmin dövlətin imzaladığı bütün beynəlxalq sənədlərdən üstündür. Əgər Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı məqamlar dəyişdirilməsə, tərəflər arasında sülh sazişi imzalansa belə orada konstitusiya zidd məqamlar olarsa, saziş qüvvədən düşmüş hesab olunur. Bu səbəbdən sülh sazişinin imzalanması üçün Ermənistanın konstitusiyasında bəzi məqamlar dəyişdirilməlidir". 

Həmsöhbətimiz əlavə edib ki, görüşdə müzakirə olunacaq əsas mövzulardan biri də Zəngəzur dəhlizi məsələsi olacaq:
"Paşinyan Moskvada Naxçıvanla Azərbaycan arasında birbaşa əlaqənin yaradılmasına razı olduğunu elan etsə də, dəhlizin təhlükəsizliyinin Rusiya tərəfindən qorunmasına razı deyil. Çünki Ermənistan bunu öz suverenliyinə təhlükə hesab edir. Düşünürəm ki, Zəngəzur dəhlizi məsələsində ən çox problem yaradan sözügedən məsələdir və tərəflər ilk olaraq bunu həll etməyə çalışmalıdır".

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
261
31
Mənbələr
Şərh ()
Bağla