AZ

Almatıda Azərbaycan və Ermənistan xarici işlər nazirləri danışıqlar aparıblar

Mayın 10–11-də Qazaxıstanın Almatı şəhərində Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov ilə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında danışıqlar aparılıb. 

Xarici İşlər Nazirliyinin Mətbuat Xid­məti İdarəsindən bildirilib ki, nazirlər de­limitasiya üzrə irəliləyişi və bununla bağlı əldə edilmiş razılaşmaları alqışlayıblar. Nazirlər və onların nümayəndə heyətləri “Azərbaycan və Ermənistan arasında sül­hün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında ikitərəfli Saziş” layihə­sinin müddəalarının müzakirəsini davam etdiriblər. Tərəflər hələ də fikir ayrılıqlarının mövcud olduğu açıq qalan məsələlər üzrə danışıqları davam etdirməyə razılaşıblar.

Səfər çərçivəsində nazirlər Qazaxıs­tanın Baş nazirinin müavini – xarici iş­lər naziri Murat Nurtleu ilə ayrı-ayrılıqda ikitərəfli, o cümlədən, üçtərəfli formatda görüşüblər.

Nazir Ceyhun Bayramov Azərbaycan ilə Ermənistan arasında danışıqlara evsa­hibliyi etdiyinə görə Qazaxıstan tərəfinə minnətdarlığını bildirib.

XQ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
266
45
xalqqazeti.az

10Mənbələr