AZ

Ermənistan XİN rəhbəri: “Almatıda Azərbaycanla danışıqlar konstruktiv şəraitdə keçdi”

"Almatıda Azərbaycanla xarici işlər nazirləri səviyyəsində danışıqlar konstruktiv şəraitdə keçib”.

Ermənistan mediasının məlumatına görə, bunu ölkənin xarici işlər naziri Ararat Mirzoyan ATƏT-in fəaliyyətdə olan sədri, Maltanın xarici işlər naziri Yan Borqla İrəvanda keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Xarici İşlər Nazirliyinin qiymətləndirməsi Qazaxıstanda aparılan danışıqların yekunlarına dair press-relizdə öz əksini tapıb.
"Proses bizim dəfələrlə bəyan etdiyimiz prinsiplər əsasında davam edir”, - Mirzoyan bildirib.

Xatırladaq ki, mayın 10-11-də Almatıda Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Mirzoyan arasında birbaşa danışıqlar baş tutub. Görüşün təşəbbüskarı Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev olub.
 
 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
318
45
7news.az

10Mənbələr