AZ

Almatı görüşü – Bakının qətiyyəti və İrəvan üçün şans

Azərbaycan və Ermənistan XİN rəhbərlərinin təması üçün hansı məsələlər aktualdır?

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanın növbəti görüş məkanı məlum idi. Artıq dəqiq tarix də açıqlandı. Beləliklə, iki Cənubi Qafqaz ölkəsinin baş diplomatları Qazaxıstanda – Almatı səfərində mayın 10-da görüşəcəklər. Yazımızda görüşü xarakterik edən cəhətlərə diqqət yetirəcəyik. 

Birincisi, nəzərəçarpacaq fasilədən sonra XİN rəhbərlərinin bir araya gəlmələri əlamətdar haldır. Deməli, tərəflər müzakirə aparmaq üçün mövzu müəyyənləşdiriblər. Bu isə bütövlükdə sülh prosesinə töhfədir. Nəzərə alaq ki, indiyədək bu prosesdə müsbət dinamika birbaşa danışıqlar müstəvisində əldə olunub. Ona görə də XİN rəhbərlərini Qazaxıstanda bir araya gəlmələri mövcud pozitivlik tendensiyasının dərinləşməsi baxımından vacibdir.

İkincisi, məlum olduğu kimi, görüş təşəbbüsü Qazaxıstana məxsusdur. Ancaq, bu, heç də vasitəçilik demək deyil. Azərbaycan və Ermənistan arasında vasitəçilik dövrü keçmişdə qalıb. Birbaşa danışıqlara gəlincə, bunu Azərbaycan lap çoxdan irəli sürmüşdü. Lakin zaman-zaman İrəvan məsələyə əhəmiyyətsiz yanaşmışdı. Ermənistan rəhbərliyi, bir qayda olaraq, bildirirdi ki, guya, Azərbaycanın danışıqlarda əldə olunacaq razılaşmanı pozmaması üçün  beynəlxalq təminat mütləqdir. Görünür, İrəvan hazırda buna ehtiyac duymur. Ona görə ki, spekulyativ ­dəstxəttinin heç bir nəticə vermədiyini görür. 

Üçüncüsü, ABŞ Dövlət Departamenti Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Qazaxıstanda gözlənilən görüşünü şərh etməkdən yayınıb. Qurumun sözçüsü Metyu Miller brifinqdə bunları deyib: “Mənim bu məsələ ilə bağlı hər hansı şərhim və ya gözləntilərim yoxdur”.

Bəli, Millerin açıqlaması vasitəçilərsiz danışıqlar prosesinə qısqanc yanaşmanın nəticəsi kimi təsir bağışlamaqdadır. Ümumən, regiondan kənar oyunçular səmimi davranmayıb Azərbaycanla Ermənistan arasındakı sülh prosesinə zərər vurublar. Onlar regionu özlərinin geosiyasi rəqabət pəncərəsindən görürlər. Azərbaycan Prezidenti İlham Əliyev də mövcud məqama diqqət yetirərək vurğulamışdı: “Mən, sadəcə olaraq, buna aydınlıq gətirmək istədim ki, bəzən buradan uzaqda yerləşənlər ermənilərdən daha çox erməni kimi davranmaq, bizim siyasətimizi və addımlarımızı yanlış təqdim etmək istəyəndə bizim siyasətimiz və mövqeyimiz yalnız praqmatizmə əsaslanır”.

Dördüncüsü, XİN rəhbərlərinin Qazaxıstanda nəzərdə tutulmuş görüşü xoş niyyətin və məramın ifadəsi baxımından yaddaqalan ola bilər. Nəzərə alaq ki, bunu demək üçün əsaslardan ən böyüyü sərhədlərin delimitasiyası ilə əlaqədar işlərin real praktik müstəviyə qədəm qoymasıdır. Artıq 40 sərhəd dirəyinin basdırıldığı məlumdur. 

Beşincisi, Azərbaycan Prezidenti “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusundakı beynəlxalq forumda Bakı ilə İrəvanın sülh razılaşmasına yaxınlığını diqqətə çatdırmışdı. “Biz, sadəcə, təfərrüatlar üzərində çalışmalıyıq. Lakin, əlbəttə ki, hər iki tərəfə vaxt lazımdır, çünki sülh müqaviləsi imzalandığı təqdirdə, bu, hər iki ölkə üçün tarixi razılaşma olacaqdır. Buna görə hər bir söz, hər bir nöqtə, hər bir paraqraf vacibdir. Lakin vacib olan odur ki, hər iki tərəfin bunu etmək üçün siyasi iradəsi var”, – deyən dövlətimizin başçısının üzərində dayandığı ən mühüm məsələ sülh razılaşmasının necə olacağına dair ümumi anlayışın mövcudluğudur. Əlbəttə, XİN rəhbərlərinin Qazaxıstandakı görüşü anlayışı bir qədər də dərinləşdirə bilər. Ümid edək ki, təmas Ermənistanın siyasi iradə nümayişi baxımıdan yadda qalacaq. 

Altıncısı, Azərbaycan və Ermənistan arasında hazırkı pozitiv təsir bağışlayan danışıqlar trayektoriyası digər məsələlərə münasibət baxımından da müsbət dinamika üçün yol aça bilər. Məsələn, “Zəngəzur dəhlizi”nin üzərində dayanaq. Ermənistan rəhbərliyi düşünməlidir ki, Azərbaycanın qaldırdığı bu təşəbbüsün sülh prosesinin bütövlüyü baxımından əhəmiyyəti böyükdür. Nəzərə alaq ki, sülh tam səmimi və uzunmüddətli perspektivə söykənməlidir. 

Onu da nəzərə alaq ki, Azərbaycanın digər ərazilərini Naxçıvanla birləşdirən quru yolunun mövcudluğuna dair müddəa Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatında da əksini tapıb. Rəsmi İrəvan 3 ildən artıqdır bu müddəanı pozur.  Nəticədə Naxçıvanla quru yolu əlaqəsi mümkün olmur. Deməli, məsələnin XİN rəhbərlərini qarşıdakı təması üçün konkret diskussiya predmetinə çevrilməsi vacibdir. Ermənistan rəhbərliyi dəhliz məsələinin faydasını düşünməlidir. Eyni zamanda, məsələnin reallaşmamasından çəkəcəyi zərəri. “Sonda nə olacaq? Ermənistan uduzacaq. Onlar qovşaq olmaq istəyirlər, onu “sülh qovşağı” adlandırırlar. Amma sülh qovşağına çevrilmək üçün, ilk növbədə, onlar bizimlə razılaşmalıdırlar. Çünki əgər Azərbaycan buna razılıq verməsə, bu, sadəcə, bir kağız parçası və ya bəyanat olacaq. Bizimlə razılaşma olmadan bu, tamamilə faydasızdır. Əfsuslar olsun ki, onlar bunu regiondan çox uzaqda yerləşən müxtəlif ölkələrlə müzakirə etməyə çalışırlar. İşə gələndə isə bunu bizimlə müzakirə etmək istəmirlər. Bizim mövqeyimiz çox aydındır. Üçtərəfli Bəyanata hörmət edilməlidir”,  – deyən Azərbaycan Prezidentinin mövqeyi qətidir və bu qətiyyət danışıqlar prosesinə nəzərən də aktualdır. 

Bəli, Ermənistan rəhbərliyi XİN başçılarının Qazaxıstan görüşü öncəsi bütün bunları götür-qoy etməli, hazırkı pozitiv ab-havanın gətirdiyi dinamikaya adekvat davranmalıdır. Nəzərə almalıdır ki, Azərbaycanla səmimi münasibətlər ölkənin müstəqil, heç bir kənar oyunçulardan asılı olmayan gələcəyinin təminatıdır. 

Ə.RÜSTƏMOV 
XQ

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
31
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
11345
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
8387
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
6749
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
2047
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
1831
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
1763
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
1619
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1302
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
956
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
824
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
713
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
658
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
454
Arda Gülər dayanmır, yenə fərqləndi -
420
Helikopterdə olan Təbriz imamı danışdı: Sağdır!
412
Arda dubl etdi - VİDEO
334
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
328
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
321
Gözəlliyi ilə heyran edən bu qız görün hansı məşhurumuzun övladıdır - FOTOLAR
291