AZ

Danışıqlar türk dünyasının nəzarətinə keçir: Ermənistanı Almatı görüşünə vadar edən səbəblər

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanın mayın 10-da Qazaxıstanın Almatı şəhərində baş tutacaq görüşü son günlər ciddi şəkildə müzakirə olunur. İstər sülh müqaviləsi, istərsə də münasibətlərin normallaşması baxımından görüş mühüm hesab edilir.

Xüsusilə 30 il öncə bu günlərdə Qırğızıstanın Bişkek şəhərində Ermənistanla Azərbaycan arasında atəşkəs razılaşması imzalanması görüşə olan diqqəti artırır.

Qazaxıstanda sülh razılığı əldə ediləcək? 30 il sonra ikinci bir türk, müsəlman ölkəsində sülh, yaxud çərçivə sazişi imzalana bilərmi?

Globalinfo.az-a danışan politoloq İlyas Hüseynov deyib ki, Ceyhun Bayramov və Ararat Mirzoyanın mayın 10-da Qazaxıstanın Almatı şəhərində baş tutacaq görüşü tarixi əhəmiyyət kəsb edir:

“Qazaxıstan türk müsəlman ölkəsi olmasına baxmayaraq həm də Bakı və İrəvanın güvəndiyi, inandığı bir ölkədir. Yəni görüş yeri kimi bu ölkənin seçilməsi təsadüfi deyil.

Qazaxıstan Azərbaycanla TDT-da, Ermənistanla isə KTMT-də təmsil olunur. Bundan başqa, hər iki ölkə ilə də Qazaxıstanın müsbət əlaqələri var. Təsadüfi deyil ki, Ermənistan tərəfi də görüşün bu ölkədə keçirilməsinə qarşı çıxmayıb.

Bununla belə, Qazaxıstan Ermənistan-Azərbaycan danışıqlarında vasitəçi ölkə deyil. Yəni bu ölkənin danışığı missiyanı bir platforma kimi dəyərləndirmək daha doğru olar. Görüşün tarixi tərəfi isə məhz Almatı şəhərində baş tutmasıdır.

Məlum olduğu kimi bu gün iki ölkə arasında delimitasiya prosesi 1991-ci il Almatı Bəyannaməsi əsasında aparılır. Yəni mümkündür ki, 10 may tarixində keçiriləcək görüşdə də mühüm razılıq əldə edilsin. Bunu çərçivə sazişi kimi də xarakterizə etmək olar”.

İstisna edilmir ki, XİN rəhbərlərinin görüşünün Qazaxıstanda keçirilməsi geopolitik oyunçular arasında öncədən razılaşdırılsın. Amma bura bir üstün məqam odur ki, sülh danışıqları Türk dünyasının nəzarətinə keçir. Qazaxıstan Türk Dövlətləri Təşkilatının aparıcı ölkələrindəndir. Belə əhəmiyyətli görüşün bir türk və müsəlman ölkədə keçirilməsi olduqca önəmli hadisədir. Bu bir daha onu göstərir ki, Ermənistan artıq bu bölgədə tamamilə təklənir. Onun dörd tərəfi türk coğrafiyası ilə əhatələnib. Buna paralel olaraq Rusiya Ermənistandan dəstəyini çəkib, İran ermənilər əvvəlki illərdə olduğu kimi sahib çıxa bilmir. Belə bir şəraitdə İrəvanın kapriz etmək, şərt irəli sürmək imkanları məhdudlaşıb. Nikol Paşinyan bir an öncə Azərbaycanla sülh sazişi imzalayıb, Türkiyə ilə barışmaq, isti dənizlərə çıxmaq imkanı qazanmış olur.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
45
Mənbələr
Şərh ()
Bağla