AZ

Bakıda beynəlxalq şahmat festivalı keçiriləcək

“Baku Open 2024” beynəlxalq şahmat festivalı keçiriləcək.

Yarış Azərbaycan Şahmat Federasiyasının (AŞF) təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə baş tutacaq.

FIDE-nin 100 illiyinə həsr edilən turnir İsveçrə sistemi üzrə 9 turdan ibarət olacaq. İştirakçıların yekun siyahısı iyunun 15-də müəyyənləşəcək.

Bakı İdman Sarayının ev sahibliyi edəcəyi festivalın mükafat fondu 50 000 ABŞ dolları olacaq.

Qeyd edək ki, iyunun 29-da start götürəcək “Baku Open 2024” beynəlxalq şahmat festivalı iyulun 7-də yekunlaşacaq. Turnirin baş hakimi AŞF-nin vitse-prezidenti Faiq Həsənov olacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
199
14
Mənbələr
Şərh ()
Bağla