AZ

“Baku Open - 2024” şahmat turniri bu tarixdə KEÇİRİLƏCƏK

Azərbaycan Şahmat Federasiyası (AŞF), Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin birgə dəstəyi ilə növbəti dəfə “Baku Open - 2024” Beynəlxalq Şahmat Festivalı təşkil ediləcək. 

Bizim.Media xəbər verir ki, Beynəlxalq Şahmat Federasiyası – FIDE-nin 100 illiyinə həsr edilən turnir İsveçrə sistemi üzrə 9 turdan ibarət olacaq. 

İştirakçıların son siyahısı 15.06.2024-cü il tarixində müəyyən ediləcək. Bakı İdman Sarayının ev sahibliyi edəcəyi festivalın ümumi mükafat fondu 50 000 ABŞ dollarına bərabərdir.  
Qeyd edək ki, iyunun 29-u start götürəcək “Baku Open - 2024” Beynəlxalq Şahmat Festivalı iyulun 7-də yekunlaşacaq.  Turnirin baş hakimi AŞF-nin vitse-prezidenti Faiq Həsənov olacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
172
19
bizim.media

10Mənbələr