AZ

“Baku Open-2024” keçiriləcək

Azərbaycan Şahmat Federasiyası (AŞF), Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin birgə dəstəyi ilə növbəti dəfə “Baku Open-2024” Beynəlxalq Şahmat Festivalı təşkil ediləcək.

Rekord.az xəbər verir ki, Beynəlxalq Şahmat Federasiyası – FIDE-nin 100 illiyinə həsr edilən turnir İsveçrə sistemi üzrə 9 turdan ibarət olacaq. İştirakçıların son siyahısı 15.06.2024-cü il tarixində müəyyən ediləcək.

Bakı İdman Sarayının ev sahibliyi edəcəyi festivalın ümumi mükafat fondu 50 000 ABŞ dollarına bərabərdi. 

Qeyd edək ki, iyunun 29-u start götürəcək “Baku Open-2024” Beynəlxalq Şahmat Festivalı iyulun 7-də yekunlaşacaq. 

Turnirin baş hakimi AŞF-nin vitse-prezidenti Faiq Həsənov olacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
192
19
rekord.az

10Mənbələr