AZ

Məşhur müğənni"Eurovision" səhnəsinə geri qayıdır - FOTO

2003-cü ildə “Eurovision”da Türkiyəyə  birincilik gətirən Sertab Erener uzun illərdən sonra yenidən Eurovision Musiqi Yarışması səhnəsində iştirak edəcək. İ Manset.az əbər verir ki, sveçin Malmö şəhərində keçiriləcək müsabiqənin yarımfinalında keçmiş “Eurovision” ulduzları da oxuyacaq. Mayın 7-də keçiriləcək müsabiqənin ilk yarımfinalının qonağı İsveçin məşhur pop ulduzu Benjamin İnqrosso olacaq. Daha əvvəl Eurovision-da birinci yeri qazanmış qadın sənətçilər mayın 9-u keçiriləcək ikinci yarımfinalda qonaq olacaqlar. Gecədə Sertab Erener “Everyway That I Can” mahnısını ifa edəcək. 2005-ci ildə Yunanıstanda birinci yeri qazanan Helena Paparizou "My Number One" mahnısı ilə, 1999-cu ildə İsveçdə birinci yeri qazanan Şarlotta Perrelli isə "Take Me to Your" mahnısı ilə səhnəyə çıxacaq. . Sertab Erener “Eurovision” dəvətini aldığı andan etibarən gərgin hazırlıq prosesində olduğunu bildirib. Sənətçi bu axşam Malmö Arenada "Everyway That I Can" mahnısının indiyə qədər eşidilməyən versiyasını ifa edəcək. Qeyd edək ki, 68-ci Avroviziya Mahnı Müsabiqəsinin möhtəşəm finalı şənbə günü, mayın 11-də baş tutacaq. Müsabiqənin xarici pərəstişkarları sosial media hesablarına yazılan şərhlərdə Sertab Ereneri yenidən səhnədə görməkdən çox həyəcanlandıqlarını bildirib və  “Türkiyəni yenidən Eurovision-da görmək çox gözəl olacaq. Kraliça qayıdır." - qeyd ediblər. Jalə

Manşet.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
93
4
Mənbələr
Şərh ()
Bağla