AZ

Əfsanəvi ABBA geri qayıdır

Tarix: 11 May 2024 05:05

50 il əvvəl "Avroviziya" Mahnı Müsabiqəsinin qalibi olan əfsanəvi ABBA qrupu sosial şəbəkədə yenidən böyük səhnəyə qayıtmasını elan edərək, pərəstişkarlarına sevinc yaradıb.
Milli.Az lent.az-a istinadən bildirir ki, ABBA-nın "Avroviziya 2024"-ün möhtəşəm finalında iştirak edəcəyi gözlənilir.
Qrupun rəsmi səhifələrində yayımlanan qısa videoda ABBA üzvləri pərəstişkarlarına "Dostlar, qayıtdıq! Bizim üçün darıxdınız? Çünki biz sizin üçün darıxdıq!" şəklində müraciət ediblər.
Qayıdış formatı ilə bağlı təfərrüatlar hələ açıqlanmayıb. 
ABBA-nın  müsabiqənin finalında çıxışı, şübhəsiz ki, sensasiyaya çevriləcək və bütün dünyada milyonlarla pərəstişkarına unudulmaz emosiyalar bəxş edəcək.
Milli.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
61
1
sonxeber.net

10Mənbələr