AZ

“Prezident kuboku” yekunlaşıb

Azərbaycan millisi Ulu Öndər Heydər Əliyevin 101-ci ildönümünə həsr edilən “Prezident kuboku” beynəlxalq reqatasını 9 medalla başa vurub.

İdman.biz verir ki, millimizə son mükafatı Niyaz Məlikov - Emil Zeynalov cütlüyü qazandırıb.

O, 2008-2009 təvəllüdlü idmançılar arasında 100 m məsafəyə kayak yarışında gümüş mükafata sahib olub.

Qeyd edək ki, yarışda 21 ölkə təmsilçiləri qüvvəsini sınayıb. Azərbaycan idmançıları daha əvvəl 1 qızıl, 2 gümüş və 5 bürünc medal əldə ediblər.

Banuçiçək Hüseynli
İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
187
6
Mənbələr
Şərh ()
Bağla