AZ

Azərbaycan “Prezident Kuboku”nda altıncı medalı qazandı

Azərbaycan Ulu Öndər Heydər Əliyevin 101-ci ildönümünə həsr edilən akademik avarçəkmə, kayak və kanoe üzrə “Prezident Kuboku 2024” beynəlxalq reqatasında altıncı medalı qazanıb.

Rekord.az xəbər verir ki, Qiyas Əhmədov - Vacib Babayev (2008-2009-cu il təvəllüdlü) cütlüyü 200 metr məsafəyə kayak yarışında gümüş mükafata sahib çıxıb.

Bu gün başa çatacaq turnirdə 21 ölkə təmsilçiləri qüvvəsini sınayır. Azərbaycan idmançıları daha əvvəl 1 qızıl, 1 gümüş və 3 bürünc medal əldə ediblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
210
7
rekord.az

10Mənbələr