AZ

Avarçəkənlərimiz Prezident Kubokunu 9 medalla başa vurdu

Azərbaycan Ulu Öndər Heydər Əliyevin 101-ci ildönümünə həsr edilən akademik avarçəkmə, kayak və kanoe üzrə “Prezident Kuboku 2024” beynəlxalq reqatasını doqquz medalla başa vurub.

Bizim.Media xəbər verir ki, son olaraq Niyaz Məlikov – Emil Zeynalov (2008-2009-cu il təvəllüdlü) cütlüyü 100 metr məsafəyə kayak yarışında gümüş mükafata sahib çıxıb.

Bu gün başa çatacaq turnirdə 21 ölkə təmsilçiləri qüvvəsini sınayır. Azərbaycan idmançıları daha əvvəl 1 qızıl, 2 gümüş və 5 bürünc medal əldə ediblər.

Rəşad Rafiqoğlu, Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
172
6
bizim.media

10Mənbələr