Gürcüstan Baş naziri İrakli Kobaxidze ABŞ-ın Tbilisidəki sabiq səfiri Kelli Deqnanı ölkədə inqilab cəhdlərini dəstəkləməkdə ittiham edib.
Modern.az xəbər verir ki, bu barədə o, özünün "X" hesabında yazıb.
Kobaxidze diplomatın 2023-cü ildə Gürcüstanda iki inqilab cəhdini dəstəklədiyini bildirib. O, ABŞ Dövlət Departamentinin müşaviri Derek Çollet ilə danışdığını və bu məsələ ilə bağlı keçirdiyi təəssüfü onun diqqətinə çatdırdığını vurğulayıb.
Baş nazir 2023-cü ildə QHT-lərin inqilab cəhdlərinin xarici mənbələrdən maliyyələşdirildiyini də əlavə edib.