AZ

İrakli Kobaxidze ABŞ-ın sabiq səfirini İTTİHAM ETDİ

Gürcüstan Baş naziri İrakli Kobaxidze ABŞ-ın bu ölkədəki sabiq səfiri Kelli Deqnanı 2023-cü ildə Gürcüstanda inqilab cəhdlərini dəstəkləməkdə ittiham edib.

 

Sfera.az xəbər verir ki, hökumət başçısı bu barədə X platformasındakı paylaşımında yazıb.

 

O, ABŞ-ın bu ölkədəki sabiq səfirinin 2023-cü ildə Gürcüstanda iki inqilab cəhdini dəstəklədiyini bildirib.

 

Kobaxidze ABŞ Dövlət Departamentinin müşaviri Derek Çollet ilə danışdığını və bu məsələ ilə bağlı keçirdiyi təəssüfü onun diqqətinə çatdırdığını vurğulayıb.

 

Kobaxidze 2023-cü ildə QHT-lərin inqilab cəhdlərinin xarici mənbələrdən maliyyələşdirildiyini də əlavə edib. (apa)

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
1
sfera.az

10Mənbələr